Azərbaycan Rusiyada logistika mərkəzləri yaradır


Digərləri 05 Okt 2018 22:32:00 239 0

Azərbaycan Rusiyada logistika mərkəzləri yaradır

Rusiya və Azərbaycan Stavropol diyarında logistika mərkəzlərinin yaradılması üzrə layihənin reallaşdırılmasına başlayır.

Son.az bildirir ki, bunu Trend-ə Rusiyanın Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib.

O.Ruhullayevanın sözlərinə görə, Rusiyanın bu regionu Azərbaycana taxılın ən əsas tədarükçülərindəndir:

"Azərbaycan tərəfi fasiləsiz taxıl tədarükünün təmin olunması üçün şəraitin yaradılmasında maraqlıdır. Azərbaycan şirkətləri həmçinin kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və emalı üçün müəssisələrin yaradılması üzrə layihələrə böyük maraq göstərir. Hazırda Azərbaycan Rusiyanın 70-dən çox regionu ilə əməkdaşlıq edir. Ən yaxşı işgüzar münasibətlər Dağıstan və Stavropol diyarı ilə qurulub".