Həkimdən maraqlı ƏMƏLİYYAT Əvvəl ayını, sonra 8 yaşlı uşağı...


Digərləri 05 Okt 2018 22:37:00 306 0

Həkimdən maraqlı ƏMƏLİYYAT  Əvvəl ayını, sonra 8 yaşlı uşağı...

Kanadalı cərrah anadagəlmə beyin xəstəliyi olan 8 yaşlı uşağı əməliyyat etməzdən əvvəl onun istəyi əsasında oyuncaq ayısını əməliyyat edib.

Son.az verir ki, Cakson Mckie əməliyyat otağına aparılanda həkimi Daniel MC Nilidən "Kiçik uşaq" adlı oyuncaq ayısını əməliyyat etməsini istəyib. Həkim doğulandan bu yaşına qədər müalicə etdiyi uşağın bu istəyini rədd etməyib.

O, əvvəlcə oyuncaq ayını əməliyyat stoluna uzadıb. Əməliyyat zamanı oyuncağa oksigen balonu belə taxıb. Daha sonra 8 yaşlı uşağı əmıliyyat edib. Xəstəxanadan verilən açıqlamada Cakson və "kiçik uşağ"ın əməliyyatının yaxşı keçdiyi açıqlanıb.


Xəbərə aid fotolar