Heydər Əliyev Beynəlxalq Hava Limanı dünyanın ən gözəl 14 aeroportu sırasında


Digərləri 05 Okt 2018 20:53:00 303 0

Heydər Əliyev Beynəlxalq Hava Limanı dünyanın ən gözəl 14 aeroportu sırasında

Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanı dünyanın ən gözəl 14 aeroportu sırasında yer alıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu, ABŞ-ın nüfuzlu "Curbed" daşınmaz əmlak bloqları şəbəkəsininin reytinqində əks olunub.

Məqalədə qeyd olunur: "Azərbaycanın paytaxtında yerləşən Heydər Əliyev Beynəlxalq Hava Limanı nəhəng barama şəkilli komplekslərdən ibarətdir. Hər baramada kafelər, mağazalar və uşaq meydançaları kimi obyektlər yerləşir. Bu aeroport ildə 5 milyondan çox sərnişinə xidmət edə bilər".