Tramp Corc Sorosu ittiham edib


Dünya 05 Okt 2018 21:00:00 265 0

Tramp Corc Sorosu ittiham edib

ABŞ prezidenti Donald Tramp Soros Fondunun rəhbəri Corc Sorosu Ali Məhkəmə sədri vəzifəsinə namizəd irəli sürdüyü Bret Kavanoya qarşı etiraz aksiyalarına maliyyə ayırmaqda ittiham edib.

Report TASS-a istinadən xəbər verir ki, o, bu barədə Twitter-dəki səhifəsində yazıb. 

D.Tramp namizədliyi açıqlandıqdan sonra etirazçıların B.Kavanonun ofisinə hücum çəkdiyini misal gətirərək onları senatorları mənfi imicdə təqdim etmək üçün Soros və başqalarının tutduqları muzdlu peşəkarlar kimi səciyyələndirib.