Benzema-Valbuena məhkəməsinin vaxtı açıqlandı


İdman 05 Okt 2018 20:55:00 294 0

Benzema-Valbuena məhkəməsinin vaxtı açıqlandı

Kərim Benzema ilə Matye Valbuena arasında keçiriləcək məhkəmənin vaxtı açıqlanıb.

Goal.az xəbər verir ki, Fransanın kassasiya məhkəməsi futbolçular arasındakı məsələdə son qərarın 8 noyabrda keçiriləcək məhkəmədə veriləcəyini bildirib. Apellyasiya məhkəməsi Benzemanın şikayətini rədd etmişdi.

Xatırladaq ki, Benzemanın da adının hallandığı bir qrup şəxs Valbuenanı şantaj edərək, ondan pul tələb etmişdilər. Şantajçılar pul verilməyəcəyi təqdirdə, Valbuenanı intim videolarını yayacaqları ilə hədələmişdilər. Bu qalmaqaldan sonra hər iki futbolçu Fransa yığmasına çağırılmır.