Beynəlxalq elmi-praktik forumun iştirakçıları BDU-da olublar


Digərləri 05 Okt 2018 20:49:13 250 0

Beynəlxalq elmi-praktik forumun iştirakçıları BDU-da olublar

Beynəlxalq elmi-praktik forumun iştirakçıları Bakı Dövlət Universitetində (BDU) olublar.

Bakı. Bakıda “Mədəniyyətlər dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunda keçirilən beynəlxalq elmi-praktik forumun iştirakçıları Bakı Dövlət Universitetində (BDU) olublar. BDU-dan Trend-ə verilən məlumata görə, əvvəlcə rektor, akademik Abel Məhərrəmov Moskva şəhərinin İctimai və regionlararası əlaqələr komitəsinin sədr müavini, professor Yuriy Qoryaçov və Azərbaycan Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin ilə görüşüb. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan və Rusiya arasında bütün sferalarda, həmçinin elm və təhsil sahəsində görülən işlərdən bəhs edən rektor, akademik A.Məhərrəmov, eyni zamanda, BDU-nun beynəlxalq əlaqələrindən danışıb, rəhbərlik etdiyi ali təhsil ocağının Rusiyanın bir sıra nüfuzlu universitetləri ilə sıx əməkdaşlıq etdiyini bildirib. Uzun illərdir universitetin nəzdində Rus Mərkəzinin fəaliyyət göstərdiyini, rus dili və mədəniyyətinin təbliği, tədrisi istiqamətində görülən layihələri diqqətə çatdırıb. Forumun əhəmiyyətindən danışan professor Y.Qoryaçov tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Polşa, Almaniya, Çexiya, Misir, Bolqarıstan və digər ölkələrin təhsil müəssisələrinin rəhbərlərinin və professor-müəllim heyətinin iştirakını yüksək dəyərləndirib.