DGK sədri: "Türkdilli dövlətlərin vahid logistika sisteminin formalaşdırlması üçün sənədin hazırlanması vacibdir"


Digərləri 05 Okt 2018 20:20:00 324 0

DGK sədri: "Türkdilli dövlətlərin vahid logistika sisteminin formalaşdırlması üçün sənədin hazırlanması vacibdir"

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK-dən Son.az-a verilən məlumata görə, S.Mehdiyev qonaqları səmimi salamlayaraq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gömrük xidməti rəhbərlərinin ötən il Türkiyə Respublikasında keçirilən toplantısında mühüm qərarlar qəbul olunduğunu, bugünkü görüşün də gələcək əməkdaşlığa töhfə verəcəyini bildirib. Komitə sədri qardaş ölkələr olaraq təşkilat çərçivəsində həm ikitərəfli, həm də beynəlxaq səviyyədə faydalı əməkdaşlıq əlaqələrinin qurulduğunu, vahid mövqe nümayiş etdirildiyini diqqətə çatdırıb.

Görüşdə o da vurğulanıb ki, bütün sahələrdə olduğu kimi, gömrük sahəsində əlaqələr yüksək səviyyədədir və təşkilat üzvü olan dövlətlər arasında məlumat mübadiləsinin həyata keçirilməsi, müxtəlif sahələr üzrə saziş və protokolların imzalanması, məlumatların qabaqcadan ötürülməsi ilə bağlı pilot layihənin reallaşdırılması bunun bariz nümunəsidir.

S.Mehdiyev türkdilli dövlətlərin başçıları tərəfindən gömrük sahəsində əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı konkret tapşırıqların verildiyini, bu tapşırıqlardan irəli gələn vəzifələrin icrası məqsədilə vahid logistika sisteminin formalaşdırlması üçün sənədin hazırlanmasının və həyata keçirilməsinin vacibliyini dilə gətirib.