Atasının futbol matçına yığdığı 1060 dolları doğradı FOTO
Digərləri 05 Okt 2018 20:22:00 273 0
ABŞ-da 2 yaşlı uşaq atasının futbol matçına bilet almaq üçün topladığı 1060 dollarını doğrayıb.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Utah əyalətində baş vermiş hadisə ölkə gündəmini zəbt edib. 2 yaşlı körpə atasının 1060 dollarını kağız emal edən cihaza tökərək onları doğrayıb. Doğranmış pulların fotosunu Tvitterdə paylaşan Jaklin Belnap "Həyat yoldaşımla çoxdandır, futbol matçı üçün pul yığırdıq. Amma oğlum onları üyütdü" yazıb.
Mənbə: milli.az