Günayın klipindəki plagiat səhnələr Edis, Loboda, Sıla FOTO


Şou-biznes 05 Okt 2018 20:15:00 300 0

Günayın klipindəki plagiat səhnələr  Edis, Loboda, Sıla  FOTO

Müğənni Günay İbrahimlinin ötən gün təqdim etdiyi “Can atma” klipi müzakirələrə səbəb olub

Müğənni Günay İbrahimlinin ötən gün təqdim etdiyi "Can atma" klipi müzakirələrə səbəb olub.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçinin İnstaqram səhifəsində paylaşdığı videoya yüzlərlə tənqid yazılıb.

Bir çoxları sənətçinin mahnısını bəyənməyib. Hətta bu klipi "Demə" mahnısına çəkməsini daha uyğun sayıblar. Hətta Günaya belə ritmik mahnını yaraşdırmayanlar da olub.

Daha sonra sənətçinin klipinin plagiat olduğu iddia edilib. Belə ki, Kiyevdə körpü üzərində lentə alınan kadrlar türkiyəli ifaçı Edisin "Dudak" klipindəkinin eynisidir. Hər iki klipdə müğənnilər qız rəqqasələri başına yığıb körpününü üstündə rəqs edirlər.

Ekran işindəki ikinci plagiatlıq isə Lobodanın "Super Star" klipindəndir. Belə ki, Loboda bir kadrda yük maşının üstündə oturur və rəqs edir. Günay isə klipdə tankın üstündə əyləşir və rəqs edir. Tək fərq Lobodanın qırmızı, Günayın yaşıl libas seçməsidir. Hətta paltarlar da eynidir.


Xəbərə aid fotolar