"Hamamını da İnstaqramda göstərir, amma verilişə çəkilmir..." Aytəkin


Şou-biznes 05 Okt 2018 20:06:00 336 0

"Hamamını da İnstaqramda göstərir, amma verilişə çəkilmir..."  Aytəkin

Aparıcı Aytəkin Mərdanova həmkarlarına söz atıb

Son.az axşam.az-a istinadən bildirir ki, o, "Evdəkilərə salam" verilişinin ideyasını bir çoxlarının oğurladığından gileylənib:

"Başqa layihələrim var idi. Amma rəhbərlik məsləhət gördü ki, "Evdəkilərə salam" qalsın. Bir də ayıldım ki, bütün kanallarda "Evdəkilərə salam"ın balaları doğulub. Hətta bir kanalda iki veriliş bizimki ilə eyni formatdadır. Qonaqları da mənimlə eyni seçirdilər. Fikirləşdim ki, belə baxımlıdırsa, davam edim. İndi gördüm ki, başqa bir kanalda da elə efir hazırlanır. 

Artıq 4 ildir yayımlanırıq. Çalışıram ki, fərqli qonaqlar dəvət edim. Bu il də belə davam edəcəm. Növbəti mövsümdə dəyişiklik edəcəm. İnsanlara hər zaman tanınmışların evi, maşını, ailəsi maraqlı olub. Bir də bu il daha çox tanınmışların öz və ailə üzvlərinin özəl günündə qonaqları olmağa çalışacağıq".