Xəzər Dəniz Neft Donanmasının balansına daha bir gəmi daxil edilib (FOTO)


Digərləri 05 Okt 2018 20:01:00 313 0

Xəzər Dəniz Neft Donanmasının balansına daha bir gəmi daxil edilib (FOTO)

Xəzər Dəniz Neft Donanmasının balansına daha bir gəmi daxil edilib.

Bakı. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansına daha bir gəmi daxil edilib. QSC-dən Trend-ə verilən məlumata görə, bu, “Zirə” adlı təchizat-yedək gəmisidir. Bu gəmi ilə müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılmasında və yedəklənmə əməliyyatlarında istismarı nəzərdə tutulub. Təchizat-yedək gəmisi yanacaq, içməli su, qazma məhlulları, quru yük, konteyner, borular və bu kimi yükləri qəbul etmək üçün geniş göyərtəyə və böyük həcmli yük tankına malikdir. Uzunluğu 60, eni 16 metr, sürəti 13 uzel gəminin dedveyti 1700, dartma qüvvəsi 75 tondur.