Ağacları kəsən şəxslə bağlı toplanmış materiallar Prokurorluğa göndərilib


Digərləri 05 Okt 2018 19:27:56 186 0

Ağacları kəsən şəxslə bağlı toplanmış materiallar Prokurorluğa göndərilib

Xaçmaz rayon Qaraçaycek bələdiyyə ərazisində yaş köküstə 28-44 sm diametrində 16 ədəd qovaq ağacının kəsildiyi aşkar edilib.

Bakı. İlhamə İsabalayeva - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayon Qaraçaycek bələdiyyə ərazisində yaş köküstə 28-44 sm diametrində 16 ədəd qovaq ağacının kəsildiyi aşkar edilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı ağacların Xaçmaz rayon Xaspoladoba kənd sakini Elman Həmzəliyev tərəfindən kəsildiyi müəyyən olunub.