Hollivud ulduzları villanı sata bilmədilər FOTO


Digərləri 05 Okt 2018 18:11:00 308 0

Hollivud ulduzları villanı sata bilmədilər  FOTO

Dünyanın ən məşhur aktyorlarından biri, Hollivuld ulduzu Maykl Duqlas illər əvvəl aldığı villasını uzun müddət sata bilmədiyi üçün fikrindən vaz keçib.

Son.az European-a istinadən bildirir ki, 74 yaşlı Maykl Duqlas və onun xanımı, 49 yaşlı aktrisa Ketrin Zeta-Cons villanı 40 milyona satmaq istəyirdilər.

Lakin İspaniyanın Mayorka adasında yerləşən bu villanı alan yoxdur.

Duqlas 250 hektar əraziyə malikvillanı 1989-cu ildə, sabiq xanımı Diandra Lukerlə almışdı. 3,5 milyon dollara alınmış villa 4 il əvvəl 60 milyon dollara satışa çıxarılmışdı.


Xəbərə aid fotolar