Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşa təhvil verildi


Kriminal 05 Okt 2018 18:20:00 306 0

Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşa təhvil verildi

Sumqayıt Dövlət Dram Teatrında xalq şairi  Vaqif Səmədoğlunun  "Mamoy kişinin yuxuları" əsəri əsasında hazırlanmış tamaşaya daxili baxış keçirilmişdir.

Son.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru əməkdar artist Namis Şirməmmədov, rəssamı  Arif Müzəffərovdur. Tamaşada əsas obrazları  aktyorlar  Dağlar Rüstəmov, Vəfa Qurbanova,  İlqar İbrahimov, İlham Səfərli, Mətanət Əmirullayeva, Akif Mirzəyev, Yalçın Səlimov, Şəmistan Süleymanlı,  Siyavuş Mahmudov, Elmir Mehdiyev, Fuad Kazımov,Vaqif Səmədzadə və b. ifa edirlər.

Müəllif tərəfindən başdan ayağa uydurma adlandırılaraq  abstrakt komediya janrında hazırlanmış tamaşada Mamoy kişi hər dəfə yuxu görəndə çin olur. Qorxuya düşən kənd bir nəfərin  yuxusunun əsirinə çevrilir. Rejissor versiyasında  isə səhnədə baş verən  bütün hadisələrin Mamoyun yuxusunda olduğu göstərilir. Kənd camaatı Mamoyu öldürür.  Bu əslində rejissor yozumunda  rəmzi xarakter daşıyır. Bu rəmz daxilimizdəki xofun, xürafatın, qorxunun ölməsidir.

Teatrın direktoru əməkdar artist  Mübariz Həmidov, baş rejissor xalq artisti  Firudin Məhərrəmov çıxış edərək əsərin günümüzlə səslənməsini və aktuallığını  qeyd etdilər. Aktyorların ifası barədə  fikirlərini bölüşərək   tövsiyələrini verdilər.

Sonda bədii şuranın qərarı ilə  tamaşa qəbul olundu.

Sumqayıt Dövlət Dram Teatrının

oktyabr ayı üçün repertuarı

06.10.2018

Turqut  Özakman  "Ocaq" 

Saat  1800

08.10.2018

N.Muradoğlu "Zülmətdə nur"

(Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində)


Xəbərə aid fotolar