Tabor komandirlərinin toplanışı keçirilir (FOTO)


Digərləri 05 Okt 2018 18:16:00 246 0

Tabor komandirlərinin toplanışı keçirilir (FOTO)

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq tabor və divizion komandirləri, o cümlədən qərargah rəisləri ilə toplanışlar keçirilir.

Bakı. Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq tabor və divizion komandirləri, o cümlədən qərargah rəisləri ilə toplanışlar keçirilir. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, toplanışda zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirilir, həmçinin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılır.