Azərbaycanda 92 qanunsuz miqrant saxlanılıb FOTO


Digərləri 05 Okt 2018 17:24:00 275 0

Azərbaycanda 92 qanunsuz miqrant saxlanılıb  FOTO

Dörd gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 92 əcnəbi saxlanılıb.

DMX-dən Son.az-a verilən məlumata görə, saxlanılmış şəxslərdən 18 nəfərinin Azərbaycan ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, 5-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 69-nun isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 68 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.


Xəbərə aid fotolar