BDU-nun filialında top mərmisi tapılıb (FOTO)


Digərləri 05 Okt 2018 17:20:00 296 0

BDU-nun filialında top mərmisi tapılıb (FOTO)

BDU-nun Qazax filialının inzibati ərazisində top mərmisi tapılıb.

Bakı. BDU-nun Qazax filialının inzibati ərazisində top mərmisi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 2018-ci il 05 Oktyabr tarixində saat 12:52-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 12:59-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı Dövlət Universitetinin Qazax filialının inzibati ərazisində 1 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Qazax rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.