Hərbi Dəniz Qüvvələri komandaqərargah təlimi keçirir


Digərləri 05 Okt 2018 17:15:00 361 0

Hərbi Dəniz Qüvvələri komandaqərargah təlimi keçirir

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Hərbi Dəniz Qüvvələri komanda-qərargah təlimi keçirir.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, hərbi dənizçilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim zamanı qərargahlarda Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi üzrə gəmi taktiki qrupların qarşılıqlı fəaliyyətlərinin planlaşdırılması həyata keçirilir və gəmilərin tam döyüşə hazırolma dərəcəsinə gətirilməsi üzrə qərarlar qəbul edilir.


Xəbərə aid fotolar