Bakı Ali Neft Məktəbində “Beynəlxalq Müəllimlər Günü” keçirilib


Digərləri 05 Okt 2018 16:38:00 340 0

Bakı Ali Neft Məktəbində “Beynəlxalq Müəllimlər Günü” keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Müəllimlərin peşə bayramı münasibətilə tədbir keçirilib.

Ali məktəbdən Son.az-a verilən məlumata görə, tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, BANM-ın professor-müəllim heyəti, əməkdaşları, tələbələri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbiri öz sözlərilə açan rektor E.Qasımov "Beynəlxalq Müəllimlər Günü" münasibətilə bütün müəllimləri təbrik edib, onlara pedaqoji və elmi fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, Ümummilli lider Heydər Əliyev "Mən dünyada müəllimdən yüksək ad tanımıram." - deyərək Azərbaycan xalqının fədakar müəllimlərinə yüksək dəyər verib, bu hörməti və dəyəri qoruyub saxlamaq və yaşatmaq isə hamımızın borcudur. E. Qasımov həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin BANM-ın müəllimlərinə olan diqqətindən danışıb. Rektor vurğulayıb ki, bu il Neft-qaz mühəndisliyi kafedrasının dosenti Xanum Cəfərova Prezidentin Sərəncamı ilə "Tərəqqi" medalı ilə, ötən ay isə kafedranın professoru Fuad Vəliyev "Əməkdar müəllim" fəxri adı ilə təltif olunmuşdur.

Daha sonra rektor E.Qasımov "Müəllimlər Günü" və 70 illik yubileyi münasibətilə, eyni zamanda ölkəmizdə neftçi kadrların hazırlanmasında verdiyi töhfəyə görə SOCAR-ın prezidenti Rövnəq Abdullayev tərəfindən təltif ediilən BANM-ın Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakova "Fəxri neftçi" döş nişanını təqdim edib və ona pedaqoji fəaliyyətində uğurlar arzu edib.


Xəbərə aid fotolar