Bakıda eyni mənzili bir neçə şəxsə satan şirkət rəhbərlərinə hökm oxundu


Digərləri 05 Okt 2018 16:12:07 325 0

Bakıda eyni mənzili bir neçə şəxsə satan şirkət rəhbərlərinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1976-cı il təvəllüdlü Azad Həsənov və 1980-ci il təvəllüdlü Elnur Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Həsənov 8 il, E.Vəliyev isə 10 müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılan araşdırmalarla "Etalon İnşaat" MTK tərəfindən paytaxtın Xətai rayonu ərazisində tikilməkdə olan yaşayış binasındakı mənzillərin aldatma yolu ilə təkrar olaraq ayrı-ayrı şəxslərə satılması aşkar edilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, "Əzizbəyov-KM" MMC-nin sifarişi ilə 2006-cı ildə inşasına başlanılmış yaşayış binasındakı bir neçə mənzil "Etalon İnşaat" MTK-nın vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqelərindən sui-istifadə etməklə ayrı-ayrı şəxslərə satılıb.