Ronaldo: "İyrənc tamaşanın iştirakçısı olmaq istəmirəm"


İdman 05 Okt 2018 15:31:00 316 0

Ronaldo: "İyrənc tamaşanın iştirakçısı olmaq istəmirəm"

Las-Veqasda “Ronaldo işi” ilə bağlı mətbuat konfransı keçirilib.

Goal.az xəbər verir ki, mətbuat konfransında Ketrin Mayorqanın (Ronaldo tərəfindən təcavüzə uğradığını deyən qız) vəkili çıxış edib. Onun sözünə görə, Ketrin heç kimlə danışmaq, müsahibə vermək istəmir. Gənc qızın psixoloji sarsıntı keçirdiyi deyilir. Vəkil Droxobiçer bildirib ki, Ketrin kömək üçün müraciət edəndə qorxu içində olub: “Ketrin həyəcanlı idi. Sanki kimdənsə qorxurdu. Hətta həmin hadisədən sonra özünü öldürmək istəyib. Psixoloji gərginlik onu rahat buraxmır. Ümid edirik ki, bu məsələnin bütün detalları üzə çıxacaq. Ronaldo Ketrinin şəxsiyyətini alçaldıb, yalan danışır, cəzadan yayınmaq istəyir. Buna imkan vermək olmaz və biz əlimizdən gələni edəcəyik. Əlimizdə təkzibolunmaz sənədlər var. Ronaldo günahını etiraf etməsə, sənədləri mətbuata ötürəcəyik”. Ketrinin vəkili Ronaldodan 200 min dollar təzminat tələb edir. Lakin tanınmış futbolçu həmin məbləği ödəmək fikrində deyil. Onun dünən verdiyi açıqlamada deyilir: “Zorlama iyrənc bir cinayətdir. Mənim xarakterimdə belə bir cinayətə yer ola bilməz. Günahkar deyiləm. Mətbuatın təşkil etdiyi iyrənc tamaşanın iştirakçısı olmaq istəmirəm. Tamaşanı hazırlayanlar adımı ləkələmək istəyir. Tamamilə rahatam və arxayın şəkildə araşdırmanın sonunu gözləyirəm”.