Bakıda qətlə cəhddə və polisə xəsarət yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı


Digərləri 05 Okt 2018 15:16:00 233 0

Bakıda qətlə cəhddə və polisə xəsarət yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətlə cəhddə və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə təqsirləndirilən Anar Mehtiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 10-na təyin edilib.

Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata əsasən, bu il mayın 20-də saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində mübahisə zamanı Mehtiyev Anar Yusif oğlunun aralarında baş vermiş mübahisə zəminində Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar Nəsimi rayon Polis idarəsinin (RPİ) İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.