"Unibank"dan biznes krediti götür, gecikdirmədən ödə, faizləri geri al


Digərləri 05 Okt 2018 15:10:00 224 0

"Unibank"dan biznes krediti götür, gecikdirmədən ödə, faizləri geri al

Unibank biznes sahibləri üçün çox sərfəli faizlərlə kredit təklif edir.

Bakı. Unibank biznes sahibləri üçün çox sərfəli faizlərlə kredit təklif edir. Bankdan Trend-ə verilən məlumata görə, indi Unibankdan kredit götürən korporativ müştərilər müddətin sonunda ödədikləri kredit faizinin bir hissəsini geri alacaqlar. Bunun üçün sadəcə krediti gecikdirmədən ödəmək lazımdır. Unibankın biznes müştəriləri üçün nəzərdə tutduğu “Sözümüz sözdür!” kampaniyası, sahibkarlara daha aşağı faizlə kredit götürmək imkanı yaradır. Kampaniya müddətində götürdüyü krediti tamamilə gecikməsiz ödəyən hüquqi şəxslər, ödədikləri faiz məbləğinin 10%-ni geri alacaqlar. Kampaniya noyabrın 16-dək davam edəcək. Kampaniyanın şərtləri: - Ancaq hüquqi şəxslər istifadə edə bilər; - 15.000 AZN-dən yuxarı kreditlər üçün nəzərdə tutulur; - 18 ay və ondan artıq müddətli kreditlərə aiddir (kredit götürmüş müştəri minimum ilk 18 ay davamlı ödəniş etməlidir). - Bankın yalnız öz vəsaiti ilə verdiyi kreditlərə şamil edilir.