Parlamentdə müəllimlərlə bağlı TƏKLİF:


Digərləri 05 Okt 2018 15:04:36 197 0

Parlamentdə müəllimlərlə bağlı TƏKLİF:

Bu gün müəllimlərimizin ən böyük problemlərindən biri mənzil problemidir. Ev almaq və tikmək onlar üçün çox çətindir. İpoteka kreditlərindən isə şərtləri onlar üçün ağır olduğuna görə yararlana bilmirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin plenar iclasındakı çıxışında deyib.

Millət vəkili vurğulayıb ki, ipoteka kreditləri, o cümlədən Prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələdir: "İnanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq, çünki buna böyük ehtiyac var. Amma bu layihənin şərtlərinə görə ondan yalnız 35 yaşdan az yaşı olan müəllimlər, gənc ailələr yararlana biləcəklər. Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm.