Maşınla 10 kilo narkotik daşıyanlardan biri sərhədçilərdən və polislərdən qaça bildi FOTO


Digərləri 05 Okt 2018 14:43:00 281 0

Maşınla 10 kilo narkotik daşıyanlardan biri sərhədçilərdən və polislərdən qaça bildi  FOTO

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Son.az-a verilən məlumata görə, 2018-ci ilin 30 sentyabr tarixində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılmasına nail olunub.

Həmin tarixdə saat 03:10 radələrində alınmış əməliyyat məlumatı əsasında DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində, Yardımlı-Arus kəndi istiqamətində əməliyyat-axtarış tədbiri həyata keçirilib, "VAZ-2107" markalı 90-BB-979 və  "Mercedes" markalı 90-BK-471 dövlət qeydiyyat nömrə nişanlı avtomobillər baxış keçirilməsi üçün saxlanılıb.

Saxlama zamanı "Mercedes" markalı avtomobil tabesizlik göstərib və Masallı rayon istiqamətində hərəkət edərək 1 kq narkotik maddəni əraziyə atıb. Qarşılıqlı əlaqədə olan Masallı rayonu polis şöbəsinin əməkdaşları tərəfindən həmin avtomobil saxlanılıb, avtomobildə olan 1 nəfər şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq meşəlik əraziyə qaçmağa nail olub.


Xəbərə aid fotolar