Millət vəkili: Məktəb müəllimləri ipoteka üzrə güzəştli kateqoriyaya daxil edilsin


Digərləri 05 Okt 2018 14:49:27 288 0

Millət vəkili: Məktəb müəllimləri ipoteka üzrə güzəştli kateqoriyaya daxil edilsin

Millət vəkili Qənirə Paşayeva MM-də müəllimlərin problemlərindən danışıb və onların güzəştli ipoteka kreditləşməsindən yararlana bilməsi üçün çağırış edib.

Bakı. Bu gün müəllimlərimizin ən böyük problemlərindən biri mənzil problemidir. Ev almaq və tikmək onlar üçün çox çətindir. İpoteka kreditlərindən isə şərtləri onlar üçün ağır olduğuna görə yararlana bilmirlər. Trend-in məlumatına görə, bunu Millət vəkili Qənirə Paşayeva Milli Məclisin plenar iclasındakı çıxışında deyib.