“Meysəri” şərabları Azərbaycanın ixrac potensialının artırılmasına töhfə verəcək (FOTO)


Digərləri 05 Okt 2018 14:32:00 398 0

“Meysəri” şərabları Azərbaycanın ixrac potensialının artırılmasına töhfə verəcək (FOTO)

Şamaxının Meysəri kəndinin təbii iqlim şəraiti, illik yağıntıların miqdarı, temperatur göstəriciləri, ərazinin müxtəlif yerlərindən götürülən torpaq nümunələrinin Fransanın müvafiq laboratoriyalarında aparılan analizlərinin nəticələri burada yüksək keyfiyyətli və məhsuldar üzüm sortlarının yetişdirilməsinə imkanlar olduğunu göstərir

Bakı. Ölkə iqtisadiyyatının qədim və ənənəvi sahələrindən olan üzümçülüyün elmi əsaslarla inkişaf etdirilməsi, daha məhsuldar üzüm sortlarının yetişdirilməsi, şərabçılıq məhsullarının keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər nəticəsində hazırda şərabçılıq sahəsi yeni inkişaf mərhələsinə keçib. Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi də bu sahənin keçmiş şöhrətini özünə qaytarmaq, şərabçılıq turizminin inkişafına töhfəsini verməklə yanaşı, xarici bazarlarda layiqli yer tutmağı qarşıya məqsəd qoyub. Ölkəmizdə ilk dəfə olaraq orqanik bioşərab istehsalı sahəsində ixtisaslaşan, üzüm tinglərinin əkilməsindən hazır şərabın istehlakçıya çatdırılmasına qədər bütün mərhələlərdə qabaqcıl texnologiyaları tətbiq edən, Avropa İttifaqı tərəfindən tanınan orqanik BIO və ISO 22000 - Qida Təhlükəsizliyinin İdarəolunması sertifikatlaşdırılması istiqamətində intensiv iş aparan müəssisədə illik 1,4 mln litr (1.866 mln şüşə) şərab istehsalı planlaşdırılır.