Bankların Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddəti azaldıldı


Digərləri 05 Okt 2018 13:41:00 290 0

Bankların Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddəti azaldıldı

Azərbaycanda bankların Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddəti aşağı salınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Banklar haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Müşahidə Şurasının üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və ya kənar şəxslərdən 3 ildən çox olmayan müddətə təyin ediləcək.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir.

Digər dəyişikliklə, İdarə Heyətinin üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 3 ildən çox olmayan müddətə təyin edilirlər.