Millət vəkili: "Belə avtobus sürücülərini işə qəbul edən özəl şirkətlər də məsuliyyətə cəlb olunmalıdır"


Digərləri 05 Okt 2018 13:24:00 317 0

Millət vəkili: "Belə avtobus sürücülərini işə qəbul edən özəl şirkətlər də məsuliyyətə cəlb olunmalıdır"

Sərnişindaşıma ilə məşğul olan şirkətlərə ciddi nəzarət olunmalıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

F.Ağamalı qeyd edib: "Bildiyiniz kimi, bu günlərdə Binə qəsəbəsində avtobus qatarla toqquşdu və xeyli insan yaralandı. Bu, bizim hər birimizi kədərləndirdi. Bu, ilk belə hadisə deyil, buna bənzər hadisələr bir neçə dəfə baş verib. Bakının küçələrində şütüyən avtobuslar kifayət qədər ciddi problemlər yaradırlar. Ümidvaram ki, belə hadisənin səbəbkarı olan sürücü cəzasını alacaq".