Dəfnlə bağlı bir sıra yeni qaydalar təsdiq edildi


Digərləri 05 Okt 2018 13:16:18 260 0

Dəfnlə bağlı bir sıra yeni qaydalar təsdiq edildi

Azərbaycanda dəfnlə bağlı bir sıra yeni qaydalar təsdiq edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Məcəlləyə yeni 516-1 (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə olunur.

Maddəyə əsasən, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək məbləğdə cərimə edilirlər.