Bakıda bacısı qızını dəfələrlə zorlayan dayıya ağır cəza


Digərləri 05 Okt 2018 13:18:00 225 0

Bakıda bacısı qızını dəfələrlə zorlayan dayıya ağır cəza

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Ruslan Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, R. Babayev 12 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı dayısı 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.