Spiker soyad sonluqlarının dəyişdirilməsini təklif edən deputata: “Bəs özün niyə dəyişmirsən?”


Digərləri 05 Okt 2018 13:06:00 259 0

Spiker soyad sonluqlarının dəyişdirilməsini təklif edən deputata: “Bəs özün niyə dəyişmirsən?”

Milli Məclisin deputatı Fərəc Quliyev soyad sonluqlarındakı "ov", "yev" sözlərinin götürülməsini təklif edib.

Son.az report-a istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında F.Quliyev deyib ki, yeni nəsil şəxsiyyət vəsiqələri verilərkən bunu etmək lazımdır.

Deputat Aqil Abbas isə buna etiraz edib: "Soyadların sonluqların dəyişdirilməsi ilə bağlı məcburiyyət ola bilməz. Tutaq ki, mənim soyadım Abbasdır, amma nəslimdəki adamların soyadları Abbasovdur. Burada məcburiyyət niyə olsun ki?".