24 illik arvadını gənc oğlanla yazışarkən tutdu, hamamda çılpaq yaxaladı və...


Digərləri 05 Okt 2018 12:59:27 367 0

24 illik arvadını gənc oğlanla yazışarkən tutdu, hamamda çılpaq yaxaladı və...

İsmayıllı rayonunda arvadını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Şamil Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Şamil Hacıyev 2 avqust 2016-cı ildə, arvadı Humay Hacıyevanın istifadəsində olan "Samsung" markalı mobil telefonda Vatsap proqramına baxıb.

Sevgi mesajları

Bu zaman Şamil arvadından Vasif Aslanova, Vasifdən isə arvadına, bir-birindən xoşları gəldiyi və bir-birilərini sevdikləri barədə qarşılıqlı SMS-lər yazdıqlarını görüb. O, Vasifin kim olduğunu, onunla hansı səbəbdən sevgi barədə yazışdığını soruşub.

Bu səbəbdən sonrakı günlərdə aralarında mübahisələr mütəmadi davam edib.

Hamamda qanlı olay

Humay Hаcıyevаnın Vasiflə münasibətlərinə dözməyən Şamil sentyabrın 4-də, saat 17-də İsmayıllı rayonunun Sərsurə kəndində, yaşadığı evin həyətində hamamda çimən arvadını öldürmək üçün xəncərlə silahlanıb və hamama daxil olub.

Şamil hamamda arvadının qarın nahiyəsindən xəncərlə bir zərbə vurub, ikinci dəfə təkrar vurmaq istədikdə Humay Hacıyeva zərbənin qarşısını almaq üçün sağ əli ilə xəncərin tiyəsindən tutub və hamamdan çıxmaq istəyib.

Ər meşəyə qaçdı

Lakin Şamil Hаcıyev yuyunma otağından ona çıxmağa imkan verməyib, qapının arxasında saçından tutub, xəncərlə sağ böyrək nahiyəsindən ikinci dəfə vurub.

Bu vaxt Humay Hаcıyevаnın qışqırıq səsinə gələn oğlu Osmanı gəlib, bunu görən Şamil Hаcıyev oradan çıxaraq evinin yaxınlığındakı meşəyə gedib.

Humay Hacıyevanın dayısı Nizami Hacıyevin avtomaşını ilə xəstəxanaya çatdırılaraq həkimlərin tibbi yardımı nəticəsində həyatı xilas edilib.

Cinayət işi açıldı

İstintaq orqanı tərəfindən Şamil Hacıyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şamil Hacıyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

"İstəsən telefona baxa bilərsən"

O, qeyd edib ki, 1994-cü ildə Humay Hacıyeva ilə ailə həyatı qurub, birgə nikahlarından 1996-cı il təvəllüdlü qızı Röya və 2001-ci il təvəllüdlü oğlu Osman doğulub: "Аrvadımla əvvəllər münasibətlərimiz yaxşı olsa da, son bir il olar ki, ailəmizin maddi durumu ilə əlaqədar aramızda hərdən mübahisələr olub. Arvadımın mobil telefonuna son günlər zənglər gəldikdə, o telefonunu söndürüb, yanımda danışmayıb. Bu səbəbdən ona qarşı şübhələrim yaranıb. Şübhələndiyimi hiss etdiyindən Humay "istəsən telefona baxa bilərsən", - deyə bildirdi".

"Sevgi mesajlarını oxudum"

Şamil Hacıyev bildirib ki, avqustun 2-də evində televizora baxıb, Humay hamamda başını yuyub və onun "Samsung" markalı telefonu qarşısındakı stolun üzərində olub: "Maraqlanmaq üçün telefonu götürdüm, Vatsapa baxanda, arvadımdan Vasif adlı şəxsə, Vasifdən isə arvadıma, bir-birilərindən xoşları gəlməsi və bir-birilərini sevmələri barədə yazılar yazdıqlarını gördüm. Bu yazıları gördüyümdən Vasifin kim olduğunu, onunla hansı səbəbdən sevgi barədə yazışdığını Humaydan soruşdum. Humay əvvəlcə həmin yazıların səhv olduğunu, Vasifə ünvanlanmadığını dedi, yenidən israrla soruşduğum üçün o, etiraf edərək bildirdi ki, düzgün hərəkət etməyib, bir səhv edib".

"Qışqıracağam ki, arvadım əxlaqsızlıqla məşğul olur"

Şamil Hacıyevin sözlərinə görə, evdən paltarlarını götürərək çıxmaq istəyib: "Bu zaman qızım Röya mənə mane olmağa çalışdı, bildirdi ki, "anam belə iş tutmaz, əgər belə iş tutubsa o, zaman boşanarsınız". Qızımın sözünə qulaq asmadım. Daha orada qalmayaraq yaxınlıqdakı dayanacağa getdim. Dayanacaqda maşın gözləyərkən özümü pis hiss etdiyimdən, əsəbilərim pozulduğu və ürəyim ağrıdığı üçün yenidən evə qayıtdım. Evdə soyuducuda olan qarpızı götürdüm və sərinləşmək məqsədilə yeyərkən arvadımla aramızda yenə də həmin mübahisə davam etdi. Həmin vaxt, Humaya bildirdim ki, "kəndə gedəcəyəm, orada evimizin üstünə çıxıb, qışqıraraq bütün kənd sakinlərinə eşitdirəcəyəm ki, arvadım əxlaqsızlıqla məşğul olur". O, isə cavab olaraq söylədi ki, "belə deməyin mənim üçün heç bir əhəmiyyət kəsb etmir". Onun sözlərinə cavab olaraq bildirdim ki, "sənin başını kəsmək lazımdır ki, bu hərəkətlərindən əl çəkəsən". Bu sözlərimdən sonra arvadım əl atıb qarşısındakı telefonunu götürmək istədi. Bu zaman onun qolunu buraraq telefonu əlindən aldım, özünü isə kənara itələdim".

"Dedi ki, arvadıma yad gözlə baxmayıb"

Şamil Hacıyev qeyd edib ki, daha sonra otağa keçib və çarpayıda uzanıb: "Səhər saat 06-da otaqdan çıxarkən arvadımın və uşaqlarımın evdə olmadığını gördüm. Onların hara getdiyini bilmək üçün zəng etdim, Humayın qohumlarından və bacılarından maraqlandım. Telefonda arvadımın Vatsapda yazışdığı Vasif adlı şəxsin mobil nömrəsinə zəng etdim, Binəqədi rayonunda onunla görüşdüm. Həmin yazılanlar barədə soruşduqda Vasif bildirdi ki, arvadımla birlikdə şirniyyat sexində işləyir. Onunla bir bibi kimi münasibət saxlayıb, ona yad gözlə baxmayıb. Maraqlandıqda hətta müəyyən etdim ki, arvadım uşaqlarıyla birlikdə həmin Vasif adlı şəxslə nahar da edib. Bütün bunları bildikdən sonra, qaynım Sübhan Mahmudova zəng etdim, Bakı şəhərinə çağıraraq Sübhanla Binəqədi rayonunda parkda görüşdüm və bacısının etdiyi hərəkətlər barədə ona danışdım".

"Arvadımla aramızda qısqanclıq zəminində mübahisəmiz oldu"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Sübhan isə hansı səbəbdən arvadına telefon aldığını və işləməyə icazə verdiyini irad tutaraq onu günahlandırıb: "Təxminən avqustun 6-da, qaynım Sübhan arvadım və uşaqlarımı evə gətirdi. Onlardan maraqlandıqda bildim ki, onlar mübahisə etdikdən sonra qızımın Binə qəsəbəsində yaşayan rəfiqəsi Tubuxanımgilə gedərək orada qalıblar. Həmin günün səhəri ailəliklə birlikdə Sərsurədə yaşadığım evə getdik. Fikrim belə oldu ki, ailəm Sərsurədə qalsın, özüm isə Bakı şəhərinə gedərək, işləyib, qazanc əldə edim, topladığım pulla Abşeron rayonunun Hökməli kəndində aldığım torpaq sahəsində ev tikib, ailəmi də ora aparım, arvadım düşdüyü mühitdən bir qədər kənarlaşsın və daha mənə xəyanət etməsin. Sərsurəyə gəldikdən sonra arvadım və uşaqlarıma daha Bakı şəhərinə getməyəcəkləri barədə dedim. Bu səbəbdən mübahisə etdik, onlar Bakıya getmək istədiklərini bildirdilər. Cavab olaraq dedi ki, buna imkan verməyəcəm. Bu səbəblərdən arvadımla aramızda qısqanclıq zəminində mübahisəmiz oldu".

"Qısqanc olduğumu dedi"