DİN: Rusiyada axtarışda olan şəxs tutuldu


Kriminal 05 Okt 2018 12:33:00 266 0

DİN: Rusiyada axtarışda olan şəxs tutuldu

Rusiyada axtarışda olan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan 1985-ci il təvəllüdlü Muxtar Nəcəfov saxlanılıb.