Növbəti 4 günün hava proqnozu açıqlandı


Digərləri 05 Okt 2018 12:17:30 213 0

Növbəti 4 günün hava proqnozu açıqlandı

Azərbaycan ərazisində növbəti dörd gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Son.az əbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova report-a açıqlamasında bildirib ki, bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur: "Bu barədə əvvəldən xəbərdarlıq edilmişdi. Hazırda isə ölkə ərazisində güclü şimal-qərb küləyi əsir, bəzi yerlərdə yağış yağır. Belə hava şəraiti oktyabr ayının 6-sı gündüz saatlarınadək davam edəcək. Sabah gündüz saatlarında küləyin tədricən mülayimləşməsi gözlənilir. Oktyabr ayının 7-də də bəzi yerlərdə gün ərzində yağış yağması ehtimalı var".