Azərbaycanda bankların Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddəti aşağı salınıb


Digərləri 05 Okt 2018 12:17:00 261 0

Azərbaycanda bankların Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddəti aşağı salınıb

Azərbaycanda bankların Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddəti aşağı salınıb.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda bankların Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddəti aşağı salınıb. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Banklar haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb. Dəyişikliyə əsasən, Müşahidə Şurasının üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və ya kənar şəxslərdən 3 ildən çox olmayan müddətə təyin ediləcək. Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir. Digər dəyişikliklə, İdarə Heyətinin üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 3 ildən çox olmayan müddətə təyin edilirlər. Hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir. Həmçinin dəyişikliyə əsasən, Müşahidə Şurasının səlahiyyətləri artırılır. Belə ki, komitənin üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən deyil, Müşahidə Şurası tərəfindən təyin olunacaq. Qanunun 25.15.1 maddəsinə edilən əlavəyə əsasən Müşahidə Şurası həmçinin bankın Audit Komitəsinin üzvlərini təyin etmək və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək də imkanı əldə edəcək. Audit Komitəsinin üzvləri də 4 il deyil, 3 il müddətinə təyin olunacaq.