Umayra Tağıyeva: Günorta Bakıda küləyin sürəti daha da artacaq


Digərləri 05 Okt 2018 11:54:00 251 0

Umayra Tağıyeva: Günorta Bakıda küləyin sürəti daha da artacaq

“Artıq Bakıda şimal-qərb küləyi güclənməyə başlayıb. Günorta saatlarında küləyin sürəti daha da artacaq”

Bakı. İlhamə İsabalayeva - “Artıq Bakıda şimal-qərb küləyi güclənməyə başlayıb. Günorta saatlarında küləyin sürəti daha da artacaq”. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, hazırda Abşeron yarımadasında küləyin sürəti saniyədə 22 metrə çatır: “Günorta saatlarında küləyin sürəti daha da artacaq. Bu gün səhər Bərdə və Tərtərdə küləyin saniyədə 25 metrə çatıb ki, bu da kifayət qədər güclü küləkdir”.