Qadın uşağını zibilliyə atıb, qaçdı


Digərləri 05 Okt 2018 11:47:00 248 0

Qadın uşağını zibilliyə atıb, qaçdı

Zibillikdən yeni doğulmuş qız uşağı tapılıb

.

Son.az Mirror-a istinadla xəbər verir ki, qadın uşağını qırmızı adyala bükərək zibilliyə atıb, sonra da nəsə olmamış kimi işə gedib.

Yoldan keçənlər uşaq səsini eşidib, onu zibillikdən çıxardıb polisə və ambulansa xəbər veriblər. Hələ ad qoyulmayan uşağın vəziyyəti normaldır.

Hadisə bu həftənin bazar ertəsi günü, Braziliyanın Uberaba vilayətində baş verib.

Hadisə ilə bağlı 25 yaşlı qadın saxlanılıb. Onu polisə iş yoldaşları şikayət ediblər. Belə ki, bir gecədə qarnının balacalaşmasından təəccüblənənlər iş yoldaşlarının uşağı doğub, atmasından şübhələniblər.


Xəbərə aid fotolar