4 rus kəşfiyyatçı qovuldu Cəhənnəmin


Siyasət 05 Okt 2018 11:13:00 353 0

4 rus kəşfiyyatçı qovuldu  Cəhənnəmin

ABŞ-ın kiberhücumlarda suçladığı Rusiya vətəndaşlarının adları açıqlanıb.

Son.az ABŞ Ədliyyə Nazirliyinin saytına istinadən bildirir ki, söhbət Dmitri Batin, Artyom Malışev, Alekse Minin, Alekse Morenes, Yevgeni Serebryakov, Oleq Sotnikov və İvan Yermakovdan gedir. Onların Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəhfiyyat İdarəsinin (QRU) zabitləri olduğu bəyan edilib.

Minin, Morenes, Serebryakov və Sotnikov dünən Hollandiyanın hakimiyət dairələri tərəfindən suçlanıblar. Onlar Kimyəvi Silahların Yasaqlanması Təşkilatının (Organisation for the Prohibition of Chemical Weapons, OPCW) kompüterlərinə haker hücumunu gerçəkləşdirmək cəhdində ittiham olunublar. Yerdə qalanlar 2016-cı ildə ABŞ-dakı prezident seçkilərinə müdaxilədə suçlanıblar.

Eyni zamanda, QRU zabitləri ABŞ-dakı "Westinghouse Electric Company"nin və Haaqadakı kimyəvi laboratoriyanın kompüterlərinə də müdaxilə edərək məlumatları oğurlamaq istəyiblər.

Baş prokuror yardımçısı Con Demers deyib ki, onlar Rusiyanın hərbi kəşfiyyat təşkilatının üzvləridir.

Bu 7 nəfər insanların şəxsi məlumatlarını ələ keçirməklə yanaşı, çirkli pulların yuyulmasında da günahlandırılır.

İyun ayında ABŞ Rusiyanın 5 təsisatı və 3 şəxsə qarşı sanksiyalar tətbiq edib. Onlar Rusiyanın kəşfiyyat nazirliyini kiber hücumlar vasitəsi ilə materiallar və texniki dəstəklə təmin etməkdə günahlandırılıb.

Maliyyə naziri Stiven Mnuçinin dediyinə görə, sanksiyalara məruz qalanlar ABŞ və onun müttəfiqlərinin təhlükəsizliyənə hədə yaradıb.

Sanksiyalar qoyulmuş şirkətlərin üçü Rusiyanın kibernetik qüdrətinin artırılmasına və Moskvanın sualtı hərbi qabiliyyətinin gücləndirilməsinə xidmət etməklə Birləşmiş Ştatların və onun müttəfiqlərinin təhlükəsizliyinə hədə yaratmaqda ittiham edilir.

Hollandiya Müdafiə Nazirliyi isə dünən bu ilin aprelində Rusiya hərbi kəşfiyyatının 4 əməkdaşının bu ölkədən çıxarıldığını bəyan edib. Onların Haaqada kimyəvi silahları qadağan edən quruma qarşı haker hücumu planlaşdırdığı iddia olunur.

Sözügedən qurum, əsasən, Suriyada kimyəvi silahdan istifadəni araşdırmaqla məşğuldur və eləcə də aprelin 6-da Suriya şəhərlərindən biri - Dumada kimyəvi hücumu təsdiqləyib. Həmçinin, qurum Britaniya mütəxəssislərinin Sergey və Yuliya Skripalların Solsberidə zəhərlənməsi haqda məlumatlarını yoxlayıb və təsdiqləyib ki, həqiqətən də, yüksək dərəcəli "Noviçok" maddəsindən istifadə edilib.

Müdafiə Nazirliyinin əməkdaşı oktyabrın 4-də keçirilən mətbuat konfransında apreldə ölkədən çıxarılmış Rusiya vətəndaşlarının adlarını açıqlamayıb.

Oktyabrın 4-də Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiyanın hərbi kəşfiyyatını - QRU-nu rəsmən dünyada kiberhücumların təşkilatçılığında ittiham edib.

Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi bu nəticəyə gəlib ki, siyasi institutlara, biznes təşkilatlarına, kütləvi informasiya vasitələri və idman qurumlarına kiberhücumlar təşkil etdikləri təsdiqlənən bir sıra haker qruplarının arxasında faktiki olaraq Rusiyanın hərbi kəşfiyyatı dayanır.

Hollandiyanın və Böyük Britaniyanin baş nazirləri Rusiyanı "qlobal dəyərlərə nifrətdə" ittiham edirlər. Hər iki ölkə də oktyabrın 4-də Rusiya hərbi kəşfiyyatının müxtəlif beynəlxalq və milli qurumlara kiberhücumlar hazırladığını bildiriblər.

Baş nazirlər Mark Rutte və Tereza Meyin birgə bəyanatında deyilir ki, əvvəllər QRU kimi tanınan rus hərbi kəşfiyyatı beynəlxalq təhlükəsizliyi təmin edən razılaşmalara hörmət etmir.

Böyük Britaniya Rusiyanı Beynəlxalq Antidopinq Agentliyinə hücumda suçlayıb. Hollandiya isə bildirib ki, hələ apreldə Rusiyanın 4 hərbi kəşfiyyatçısını Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına kiberhücum cəhdindən sonra ölkədən çıxarıb. Hollandiya həmin şəxslərin fotolarını, ölkəyə gəldikləri diplomatik pasportları nümayiş etdirib.

NATO baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiya kiberməkanda "məsuliyyətsiz" davranışına son qoymalıdır. O əlavə edib ki, müttəfiqləri Böyük Britaniya və Hollandiyanı dəstəkləyir.

Böyük Britaniya xarici işlər naziri Ceremi Hant deyib ki, London müttəfiqləri ilə Rusiyaya yeni sanksiyaların tətbiqini müzakirə edir.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Britaniyanın ittihamlarını təkzib edib və onları "cəhənnəmin parfümeriya qarışığı" adlandırıb. Hollandiyanın suçlamalarına isə, hələlik, rəsmi reaksiya verilməyib.

Qovulanlar və izlər

QRU zabitləri olduqları vurğulanan Yevgeni Serebryakov, Aleksey Minin, Aleksandr Morenes Haaqada kəşfiyyat şəbəkəsi qurmaqda suçlanıblar.

Onlar aprelin 10-da Şollandiyaya gəliblər. Shiphol hava limanında bu şəxsləri Rusiyanın Hollandiyadakı səfirliyinin əməkdaşları müşayiət ediblər.

Gələnlərdə Aleksey Morenets, Yevgeni Serebryakov, Oleq Sotnikov və Aleksey Minin adına diplomatik pasportlar olublar. Moreneslə Serebryakov kiberhücumların təşkili, yerdə qalanlar isə əməliyyatın təminatı ilə məşğul olublar. Onlar hücumlar üçün Citroen markalı avtomobil də icarəyə götürüblər və orada avadanlığı yerləşdiriblər.

Hollandiyanın Hərbi Kəşfiyyatının rəhbəri Onno Eyhelseynin  dediyinə görə, aprelin 11-12-də onlar QRU zabitlərinin OPCW-i hədəfə aldıqlarını anlayıblar,  Daha sonra Mininin fotokamerasında təşkilatın binasının fotoları tapılıb.

Citroenin yük yerində isə Wi-Fi şəbəkəsinin  "sındırılması" üçün avadanlıq, gödəkçə ilə görtürülmüş anten və Haaqada alınmış batareya vardı. Hollandiyada əməliyyat faş olan anda QRU zabitləri OPCW-a hücum ərəfəsində idilər.

Onlar elə həmin gün, aprelin 13-də Hollandiyada deportasiya olunublar.

Hollandiyanın hakimiyyət dairələrinin dediklərinə görə, rusiyalılar kəşfiyyatçılar kimi davranıblar. Onlar hoteldə içdikləri içkilərin qablarını paketə yığaraq başqa yerə atmağa çalışıblar. Aleksey Morenes tutularkən telefonunu sındırmağa çalışıb.

Sözügedən şəxslərin üzərindən 20 min avro və 20 min dollar nağd pul çıxıb.

Mobil telefonlardan biri Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığındakı qüllə vasitəsilə aktivləşdirilib. QRU-nun 26165 saylı hərbi hissəsi məhz orada yerləşir.

Aleksey Morensdə QRU binasının yerləşdiyir Nesvij döngəsindən "Şeremetyevo" hava limanınadək marşrutun göstərildiyi taksi qəbzi var.

Britaniyanın Hollandiyadakı səfiri Piter Uilsonun deiyinə görə, bu zabitlər APT29 haker qruplaşması ilə əlaqədardırlar.

Həmin qruplaşma İsveçrədəki "Spiez" laboratoriyasını izləməyə çalışırdı.

Yevgeni Serebryakov Malaziyaya yollanaraq Donetsk səmasında vurulmuş Boeing-lə bağlı faciənin təhqiqatı haqqında məlumatları ələ keçirməyə çalışıb.

Orxan Hun Son.az

Videonu izləmək üçün şəklə klikləyin: