Hacı Nuran niyə hamı ilə şəkil çəkdirir? SƏBƏB


Şou-biznes 05 Okt 2018 11:15:00 398 0

Hacı Nuran niyə hamı ilə şəkil çəkdirir?  SƏBƏB

Teleaparıcı Hacı Nuran Hüseynov sosial media hesabında paylaşdığı təbriklərə və şəkillərə görə bəzən qınaq obyekti olur. Onun sıravi bir işçidən tutmuş dövlət səviyyəsində xüsusi yer tutmuş vəzifəli şəxslərədək hamını təbrik etməsi və onlarla şəkil çəkdirməsi birmənalı qarşılanmır.

Son.az bildirir ki, məsələ ilə bağlı oxu.az-a açıqlama verən Hacı Nuran bildirib ki, insanları təbrik etmək onun hobbisidir:

"Hamının ad gününü təbrik etməyi xoşlayıram. Onlara da xoş olur. Bu, mənim hobbimdir. Harasa məclisə gedirəm, yadımda saxlayıram. Bir il sonra həmin adamı təbrik edirəm. O, adam şoka düşür. Nəinki ad günləri, toy günləri, ölüm tarixləri də yadımda olur".

Aparıcı ona irad tutulmasına da münasibət bildirib: "Mənə çox adam irad tutur ki, niyə hamını təbrik edirsən? Məsələn, Günel Ələkbərova ilə (Müğənni Pişik Günel - red.) heç bir münasibətimiz yoxdur. Yalnız "Maşın" şouda görüşmüşük. Amma ad günü olanda təbrik elədim, gecə zəng edib çox təşəkkür etdi. Bu da mənə çox xoş olur".