Bilik Fondu əsgərlərin təbrik məktublarını müəllimlərinə ünvanlayıb


Digərləri 05 Okt 2018 11:12:00 349 0

Bilik Fondu əsgərlərin təbrik məktublarını müəllimlərinə ünvanlayıb

Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.

Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Qarabağ Regional Bilik Evinin təşkilatçılığı ilə Tərtər rayonu N saylı hərbi hissəsində 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. Fonddan Trend-ə verilən məlumata görə, Bilik Evinin rəhbəri Gülarə Ələkbərova və bir qrup gənc N saylı hərbi hissədə əsgərlərlə görüşüblər. Cəbhə bölgəsində qulluq edən əsgərlər məktəb illərini xatırlayıb, onlara dərs deyən müəllimləri yad edib, heç vaxt unudulmayan xatirələrini bölüşüblər. G.Ələkbərova müəllimliyin ən müqqəddəs peşələrdən olduğunu bildirib, şagird və tələbələrin müəllimləri unutmadıqları kimi, müəllimlərin də onları daim xatırladıqlarını vurğulayıb. Söhbət əsnasında G.Ələkbərovanın “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərinizə təbrik məktubu ünvanlamaq istəyirsinizmi?” gözlənilməz sualı əsgərlər arasında çoşqu ilə qarşılanıb.