MercedesBenzin rəsmi dileri Abşeron Avtomobil Mərkəzi yeni AClass və CClass avtomobillərin təqdimatını Bakıda keçirib


Digərləri 05 Okt 2018 11:00:00 424 0

MercedesBenzin rəsmi dileri Abşeron Avtomobil Mərkəzi yeni AClass və CClass avtomobillərin təqdimatını Bakıda keçirib

Mercedes-Benz-in rəsmi dileri Abşeron Avtomobil Mərkəzi yeni A-Class və C-Class avtomobillərin təqdimatını Bakıda keçirmişdir. Təqdimat Abşeron Avtomobil Mərkəzinin avtosalonunda baş tutmuşdur. Rahat ab-hava, qızğın musiqi, atəşli musiqili şou-gözəl Payız axşamının yalnız balaca bir hissəsidir. Yeni A-Class və Yenilənmiş C-Class ilk görən ziyarətçilər oldular və həmçinin yeni xidməti mərkəzi ilə tanış oldular .

Mercedes-Benz-in rəsmi dileri - "Abşeron Avtomobil Mərkəzi" avtosalonu Sumqayıt şossesi, 6-cı km ünvanında yerləşir.

Ümumi sahəsi 3000 kv. m-dən artıq olan, Mercedes-Benz brendinin korporativ standartlarına uyğun qurulmuş diler mərkəzi Mercedes-Benz avtomobillərinin satışı, zəmanətli və post-zəmanətli xidmətləri üzrə geniş xdmətlər kompleksi təqdim edir. Bu gün üçün servis zonası 1000 kv. m təşkil edir. Servis zonasına 12 post daxildir.

Bura gələnlərin rahatlığı üçün shou-roomda markanın bütün model sırası təqdim edilmiş, servis mərkəzi isə geniş işlər kompleksini yerinə yetirməyə imkan verən müasir avadanlıqla təchiz olunmuşdur.

Mərkəzin əməkdaşları Mercedes-Benz modelləri və kreditləşmə proqramları üzrə peşəkar məsləhətlər verməyə, personal test-drayv təşkil etməyə və avtomobilin optimal komplektasiyasının seçimində kömək etməyə hazır olan  yüksək ixtisaslı mütəxəssisləridir.