Azərbaycanda 1,3 milyon insan əmək pensiyası alır


Digərləri 05 Okt 2018 10:02:00 229 0

Azərbaycanda 1,3 milyon insan əmək pensiyası alır

Parisdə Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinə dair simpoziumda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Fransanın Milli Yaşa görə Pensiya Sığortası Kassasının (CNAV) direktoru Reno Viyar ilə görüşüb.

Bakı. Parisdə Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinə dair simpoziumda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Fransanın Milli Yaşa görə Pensiya Sığortası Kassasının (CNAV) direktoru Reno Viyar ilə görüşüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, S.Babayev ölkəmizdə sosial sahədə əldə olunan nailiyyətlərdən, əhalinin sosial müdafiəsi və təminatı sahəsində həyata keçirilən islahatlardan söz açıb. Qeyd edib ki, bu gün nazirlik tərəfindən ümumilikdə 4,8 milyon insana əmək, məşğulluq, sosial təminat, sosial sığorta üzrə 120-dən çox xidmət göstərilir. Ölkəmizdə 1,3 milyon insan əmək pensiyası alır. Bundan əlavə, 480 mindən çox insan aylıq sosial müavinətlə, 50 min ailə sosial yardımla, 63,4 min insan Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə, 15 minədək insan səyyar və stasionar sosial xidmətlərlə təmin olunur. 620 mindən çox əliliyi olan şəxsə dəstək göstərilir. Ölkənin ümumi inkişafı bu sosial təminat növlərinin artımı ilə müşahidə olunur. Nazir pensiya və müavinətlər sahələrində avtomatlaşdırılmış, tam şəffaf, müasir idarəçilik və xidmət mexanizmlərinin qurulması, xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkil olunması yönündə aparılan islahatlar barədə də məlumat verib.