Bakıda avtobus sürücüsünü döyən şəxslər həbs olundular


Digərləri 05 Okt 2018 09:45:00 244 0

Bakıda avtobus sürücüsünü döyən şəxslər həbs olundular

Bakıda avtobus sürücüsünü döyən şəxslər həbs olunublar.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində, "Əhmədli" metrostansiyasının qarşısında baş verib.

Zəngilan rayonunda anadan olmuş, Suraxanı rayon sakini, 1993-cü il təvəllüdlü Fərmanov Məmmədrza Şamo oğlu və qardaşı, 1994-cü il təvəllüdlü Fərmanov Asəf Şamo oğlu "Əhmədli" stansiyasının qarşısında marşrut avtobusunun sürücüsü, Naxçıvan sakini, 1970-ci il təvəllüdlü Əsədov Bayram Lətif oğlunu qəsdən döyüb bədən xəsarətləri yetiriblər.