İmişlidə izacəsiz ova cəhd edən şəxs saxlanılıb


Digərləri 05 Okt 2018 09:44:58 224 0

İmişlidə izacəsiz ova cəhd edən şəxs saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonunun Qaraqaşlı kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonunun Qaraqaşlı kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı brakonyerin İmişli şəhər sakini Rüstəm Ələsgərov olduğu müəyyən edilib.