Bakıda sərnişinlə dolu avtobus "Prado" ilə toqquşdu


Digərləri 05 Okt 2018 09:31:00 271 0

Bakıda sərnişinlə dolu avtobus "Prado" ilə toqquşdu

Paytaxtın Sabunçu rayonu, Zabrat-Sabunçu yolunda 131 nömrəli marşrut avtobusu "Prado" markalı avtomobillə toqquşub.

Son.az xəbər verir ki, saat 07:15 radələrində "Koroğlu" istiqamətində hərəkətdə olan sərnişinlə dolu  avtobusun qəzaya uğraması nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.

Sərnişinlər dərhal avtobusu tərk ediblər. Yolda tıxac yaranıb.

Məhəmməd Vaqif Son.az