Avropada ən böyük hava limanı tikiləcək


Digərləri 05 Okt 2018 08:52:00 253 0

Avropada ən böyük hava limanı tikiləcək

Polşa Baranov kəndində Avropada ən böyük hava limanı tikməyi planlaşdırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "LOT Polish Airlines SA"nın baş icraçı direktoru Rafal Milçarski ölkənin müasir aviasiya mərkəzinə ehtiyacı olduğunu qeyd edib.

Layihənin dəyəri 19 milyard dollar təşkil edir. İldə 45 milyon sərnişinə xidmət etmək üçün aeroporta yeni dəmiryol xətlərinin və avtomobil yollarının çəkilməsi də nəzərdə tutulub. Aeroport Londonun Xitrou, Parisin Şarl de Qoll və Amsterdamın Sxipxol kimi nəhəng hava limanları ilə rəqabət aparacaq.