BNA-dan yağışlı hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ


Digərləri 05 Okt 2018 08:58:00 282 0

BNA-dan yağışlı hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ

BNA yağışlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Bakı. Samir Əli - Bakı Nəqliyyat Agentliyi (BNA) yağışlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib. BNA-dan Trend-ə verilən məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.