Tsipras Rusiyaya səfər edə bilər


Dünya 05 Okt 2018 08:40:00 229 0

Tsipras Rusiyaya səfər edə bilər

Yunanıstanın baş naziri Aleksis Tsipras dekabr ayının ilk yarısında Rusiyaya səfər edə bilər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Yunanıstanın diplomatik dairələrindən mənbə xəbər verib.

Mənbə bildirib: "Yunanıstan baş nazirinin Rusiyaya səfəri hazırda işlənilir. Səfərin bu ilin ilin sonunda baş tutacağınl istisna etmirəm. Ola bilsin ki, dekabrın birinci yarısında baş tutsun".