Tramp: "Onlar hələ hazır deyil..."


Dünya 05 Okt 2018 08:48:00 277 0

Tramp: "Onlar hələ hazır deyil..."

Çin hələki ABŞ ilə ikitərəfli ticarət sazişi imzalamağa hazır deyil, Vaşinqton və Pekin daha sonra danışıqlar aparacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Roçester şəhərində (Minnesota ştatı) öz tərəfdarları qarşısında bildirib.

D.Tramp deyib: "Çin, onlar ticarət sazişi bağlamaq istəyir, amma mən deyirəm ki, onlar hələ ki hazır deyil..., buna görə də daha sonra danışarıq".